"Xaçaturyan axtarılanlar siyahısında ən önəmlilərdən idi"- ÖZƏL

"1989-1992-ci illərdə Qarabağ Komitəsinin nümayəndəsi kimi daim Qarabağda olmuşam. İlin yarısından çoxunu adətən Xankəndidə və digər yerlərdə keçirirdik. Meşəli kəndi ümumiyyətlə siyahıya salınmamışdı. Onu ilk dəfə siyahıya biz saldırdıq. Milli qəhrəman Əlif Hacıyev bizə məsləhət gördü. Biz çox çətinliklə insanları yardım siyahısına  aldıq, kənddə məktəbin tikilməsinə kömək etdik. Meşəli kəndini qoruyanlar arasında çox qeyrətli Alış adlı müəllim var idi. Alış müəllim Meşəlidən əvvəl Qaradağlıda olmuşdu. Qırğınlardan xəbərimiz var idi. O vaxtlarda təhlükəsizlik işçiləri yaxşı işləyirdi. Cinayətkarlar haqqında artıq prokurorluqda məlumat var idi. 
Orada hazırda da vəzifədə olan güclü peşəkarlar işləyirdi. Vaqif Xaçaturyanın saxlanılması önəmli haldır. Onun türklərə qarşı çox böyük nifrəti var idi. Təkcə, Xaçaturyan deyil, onlardan bir çoxları dünyasını dəyişib. Xaçaturyan isə axtarılanlar siyahısında ən önəmlilərdən idi". 

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Dövlət Sərhəd Xidmətinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, bir sözlə- təhlükəsizliyimizi təmin edən orqanlara minnətdarlığımı bildirirəm. Onlarla fəxr edirəm ki, Azərbaycanın milli təhlükəsizliyi etibarlı əllərdədir. Buna zərrə qədər şübhə yoxdur. Cinayətlərin üzərindən 32 il keçməsinə baxmayaraq, təhlükəsizlik orqanlarımız Qarabağda onları tam nəzarət altında saxlayıb. Nə vaxt, haraya gedəcəkləri ilə bağlı məlumatlara sahib olublar ki, tam dəqiqliklə Xaçaturyan həbs  edildi. O vaxt indiki kimi texnologiyalar yox idi. O üzünü dəyişsəydi belə, Azərbaycanın təhlükəsizlik orqanlarından yayına bilməyəcəkdi. Düşmən daim hiss etməlidir ki, biz onların ənsəsində oturmuşuq. Xaçaturyan həbs edildikdən sonra bunu yaxşı dərk etdilər. Ədalət yerini tapdı. Ermənilər törətdikləri cinayətə görə cavab verəcəklərini düşünmürdülər. Artıq, düşünəcəklər. Bu, əməliyyatın çoxsaylı hüquqi və siyasi nəticəsi var. Bu ilk olduğu üçün bizə görə olduqca önəmlidir. Digərləri də harada olmaqlarından asılı olmayaraq, tapılacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31