Ordumuz yeni reallığa uyğunlaşdırılır - ÖZƏL
3 Avqust 2023 13:01 Siyasət"Cənab Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində yaratdığımız yeni reallığa uyğunlaşdırılır. Yeni, müasir hərbi texnologiyaların, silah-sursat və hərbi texnikaların alınması üçün kontraktlar imzalanır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Akşin Əliyev səsləndirib. O bildirib ki, ordumuzun yeni texnologiyalara yiyələnməsi, döyüş qabiliyyətinin və peşəkarlığının artırılması üçün mütəmadi hərbi təlimlərin keçirilməsi davam etdirilir:
"Azərbaycan və Türkiyə prezidentlərin imzaladıqları Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında hərbi əməkdaşlıq genişləndirilir.Qısacası, Azərbaycan Ordusu döyüş meydanında XXI əsrin müharibəsini apararaq Qafqazın ən güclü ordusu statusunu daha da möhkəmləndirdi. Biz bu Qələbəyə görə Ali Baş Komandan İlham Əliyevə, müzəffər Ordumuza borcluyuq".