Səudiyyə Ərəbistanı Azərbaycana yeni səfir təyin etdi

Səudiyyə Ərəbistanı Krallığı Azərbaycana yeni səfir təyin edib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" nəşri yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı Azərbaycana Essam bin Saleh Əl-Cutaylini yeni səfir təyin edib. Səudiyyə Ərəbistanı hökumətinin yeni təyin etdiyi səfirlər Kral Salman bin Əbdüləziz Əl Səudun qarşısında and içiblər.

Qeyd edilir ki, Bruney, Yeni Zelandiya, Avstriya, Venesuela, Tanzaniya və Türkiyəyə də yeni səfirlər təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31