Ermənilər saxta təbliğat maşınını dayandırmaq istəmirlər - ÖZƏL
3 Avqust 2023 11:16 Siyasət"Euronews" televiziyasına verdiyi müsahibədə bölgədəki mövcud durumu şərh edən ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh yaradılması üçün real imkanlar olduğunu vurğulayaraq bunun yalnız Ermənistanın apardığı siyasətdən asılı olacağını bildirdi. Doğrudan da bugünkü şəraitdə sülh hamıdan çox ermənilərə lazımdır. Azərbaycan elə 30 illik işğal dövründə də özünün bütün sahələrdə davamlı inkişafını təmin edib və bundan sonra daha sürətli inkişafa nail olmaq üçün də potensial olduqca yüksəkdir. Bunun üçün Azərbaycan dövlətinin gələcək onilliklər üçün öncədən hazırlanmış inkişaf strategiyası var və müvəffəqiyyətlə həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavanşir Feyziyevin sözlərinə görə, Laçın yolunda quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin guya qeyri-qanuni olması ilə bağlı Ermənistan tərəfinin Beynəlxalq Məhkəmə qarşısında qaldırdığı iddia rədd edilsə də, ermənilər və ermənipərəstlər yenə də bu istiqamətdə təbliğat maşınını dayandırmaq istəmirlər: "Prezident ermənilərin bu iddiasını da yalanlayaraq onların bu yoldan qeyri-qanuni məqsədlər üçün istifadə etdiyini və bu işdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin də qeyri-qanuni olaraq ermənilərə dəstək verdiyini açıqladı. Prezidentin bu açıqlaması şübhəsiz hələ bir müddət dünyanın bir çox bölgələrində diqqət mərkəzində qalacaq və bir sıra beynəlxalq təşkilatların sülh proseslərinə xələl gətirməsi haqqında həqiqət bir daha təsdiqlənmiş olacaq".