Səbrimiz sərhədsiz və müddətsiz deyil - ÖZƏL

"Bu gün Azərbaycan Əsgərinin uğurlu QİSAS əməliyyatından bir il ötür. Qəhrəman Azərbaycan Əsgəri rusların nəzarətində olan ərazilər də daxil olmaqla, istənilən ərazidə əməliyyat keçirmək imkanına malikdir və son son 16 ayda  Silahlı Qüvvələrimiz sərhəd də daxil olmaqla ümumilikdə 17 müxtəlif miqyaslı əməliyyat həyata kecirib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, Ermənistana və seperatci qurumun terrorçulari bir dəfə də olsun epizodik uğur əldə edə bilməyiblər: "Daim Əsgərimiz qələbə qazanib.      Xankəndi-Agdam yoluna düzülən beton blokla gəlincə isə bu bloklardan Arayikə babat bir baş dası düzəldilməsi, 3 günə Xankəndindəki seperatci rejimin, 10 günə qədər bütün terrorçuların son nəfərinə qədər Qarabağdan təmizlənməsi Azərbaycan üçün çətin vəzifə deyil". Ekspert deyib ki, Azərbaycanın aşırı təmkinli və humanist davranışlarının müəyyən əsaslı səbəblərı mövcuddur, amma bu səbrimiz sərhədsiz və müddətsiz deyildir:

"Bunu həm Rusiyanin Qarabağdakı kontingenti, həm onun çətiri altında bizə qarşı fəaliyyət göstərən xunta rejimi nəzərə almalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31