Ermənilər artıq Zəngəzur dəhlizini açmağa məcburdurlar - ÖZƏL

"Laçın dəhlizi olmayacaq. Ağdam dəhlizindən humanitar yardım olacaqsa, bu yalnız AQTA -nın ciddi yoxlamasından sonra Xankəndinə buraxıla bilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi Rəfael Eminov səsləndirib. O bildirib ki, ermənilər artıq Zəngəzur dəhlizini açmağa məcburdurlar:
"Lakin Naxçıvana gedən tranzit yüklər açılıb yoxlanıla bilməz. Biz öz ərazimizə yük daşıyırıq. Qarabağda Xankəndi isə yenə Azərbaycandır. Bizim yükləri, "Azərbaycanın tərkibində yaşamağı qəbul etmək istəməyən vətəndaşlığı olmayan topluluqlardan biri kimi erməni əhalini hər cür təxribat nəticəsində tələfatdan qorumaq üçün" yoxlamaq ixtiyarımız var".
O bildirib ki, respublikamızın tərəfdar çıxıb imzaladığı bütün beynəlxalq müqavilələrdə, saziş və memarandumlarda vətəndaşlığı olmayan şəxslərin hüququnun qorunmasının qarantı olmaq məsələsi var:

"Sabah həmin yüklərin zəhərli olması nəticəsində Xankəndində tələfat olarsa kimi günahkar tutacaqlar?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31