ABŞ tərəfləri ağır kompromisə dəvət edir..
1 Avqust 2023 12:10 Siyasət"ABŞ Dövlət departamenti sözçüsü M.Miller Azərbaycan və Ermənistanın ağır kompromisə ehtiyac olduğunu vurğulayıb. ABŞ tərəfindən verilən bu açıqlama, dövlət katibi E. Blinkenin prezident İlham Əliyevə zəngindən sonraya təsadüf edir. ABŞ tərəfindən verilən bu açıqlama heç də obyektiv mövqe kimi dəyərləndirilə bilməz. Çünki, Azərbaycanın Ermənistana hərhansı bir kompromisə getməsi mümkün deyil. ABŞ rəsmisi kompromislərin nədən olduğunu vurğulamadi. İlk növbədə... Ermənistan tərəfi Qarabağda separatizmə dəstəkdən geri çəkilməli və silahlı birləşmələrini çıxarmalıdır. Həmçinin anklavları Azərbaycana təhvil verməlidir". "Olaylar"ın məlumatına görə, MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın ən vacib atacağı addımlar bunlardı. Bundan sonra, sülh müqaviləsinin bağlanması istiqamətində ciddi irəliləyişlər olacaq: "Azərbaycanın Ermənistana ağır kompromisə getməsi üçün də heç bir əsas yoxdur. Görünür, ABŞ Laçın yolunun əvvəlki statusda işləməsini, separatizmlə bağlı güzəştlər etməsini, sərhəddən geri çəkilməsini vurğulamaq istəyir. Ümumiyyətlə, bu kimi variantlar ABŞ regiondan tam getməsi və Rusiyanın güclənməsi deməkdir. ABŞ rəsmləri konkret regiona baxışlarında ermənipərəst mövqe sərgilməklə, ədalətli yanaşmadan çəkinirlər. Xüsusilə regional şərtlər Ermənistanın daha çox güzəştə getməsini tələb edir, nəinki Azərbaycanın. E. Blinkenin zəngi Vaşinqtonun vasitəçiliyində obyektivliyinə şübhə yaradır. Azərbaycan regionda yeni bir nizam yaradır. Bu, ABŞ geosiyasi maraqlarına cavab verir. Görünür, ABŞ rəsmiləri, N. Paşinyandan da daha çox Ermənistanın maraqlarına xidmət edirlər. Məhz bu kimi qeyri-konstruktiv mövqe Ermənistanı şirinliklədir.
N.Paşinyan çalışir ki, praqmatik mövqe ortaya qoysun. Okeanın o tayından bəyanat verilir ki, belə yox, belə olmalıdır. ABŞ rəsmiləri, bu kimi açıqlamalar verməklə, Ermənistanın daha çox itkilər verməsinə səbəb olur. Azərbaycan ən zəif vaxtında ABŞ- la razılaşmadı. İndi güclü və qalib tərəf kimi erməni ağlı ilə işləyən Dövlət departamenti sözçüsünün sözü ilə oturub duracaq?!!"