Müharibə cinayəti törətmiş ermənilər barəsində amnistiya tətbiq oluna bilərmi?

"Ədalət prinsipinin tələbləri və beynəlxalq hüquqa hörmət baxımından əslində Ermənistanın özü işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri nəinki müdafiə etməməli, əksinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir". "Olaylar"ın məlumatına görə, bunu deyən Milli Məclis sədrinin birinci müavini, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri  Əli Hüseynlinin sözlərinə görə, görünən isə odur ki, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlərlə bağlı qarayaxma kampaniyas aparmaqla özünün müharibə cinayətlərininə bəraət qazandırmaq məqsədi güdür: "Bu, həm də müxtəlif müstəvilərdə Azərbaycan - Ermənistan münasibətlərinin sivil əsaslar üzərində formalaşmasına, bölgədə sülh və əmin-amanlığın təmin olunmasına istiqamətlənmiş addımlara ciddi maneədir. Prezident İlham Əliyevin sülh üçün göstərdiyi siyasi və diplomatik səylər isə beynəlxalq səviyyədə ciddi şəkildə dəstəklənir.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi Qarabağda yaşayan erməni vətəndaşlarımızın hüquqlarının azərbaycanlı vətəndaşlarla eyni olduğunu bildirərək onların həyati və sosial problemlərinin də həllini öz üzərinə götürdüyünü dəfələrlə bəyan etmişdir. Ermənistanın və separatçıların qəbul etmədikləri Ağdam-Xankəndi yolunun humanitar dəhliz kimi təklif də məhz bu niyyətdən irəli gəlir. Prezident İlham Əliyev humanizm prinsipləri baxımından hətta şərtlərimizin qəbul edildiyi halda cinayət törətmiş ermənilər barəsində amnistiya tətbiq oluna biləcəyini istisna etmədiyini söyləmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31