Azərbaycan dili xalqımızın müstəqillik və mübarizə əzminin daşıyıcısına çevrilib - ÖZƏL

"Avqustun 1-i Azərbaycan dili və əlifbası günüdür. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə,  Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir: "Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Dil hər bir milli mədəniyyətin canı, cövhəri, mənəvi dəyərlərimizin ən mühüm və davamlı daşıyıcısıdır. Ulu Öndər Heydər Əliyevin dediyi kimi "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir". Azərbaycan dili tarix boyu Azərbaycan xalqının mənsub olduğu mədəniyyətin güzgüsü olmaqla yanaşı, xalqımızın müstəqillik və mübarizə əzminin daşıyıcısına çevrilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31