Sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib - ÖZƏL

"Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP üzvü Səbinə Əliyeva səsləndirib. Onun sözlərinə görə, SSRİ dövründə milli dillərin sıxışdırılması prosesi həyata keçirilirdi:

"Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bununla belə, yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31