Ermənilərin 30 illik fitnə-fəsadı gorbagor olub - ÖZƏL

"1988-ci ildən götürəndə, 32 il idi ki, ermənilər ərkəsöyünlüyə öyrəşmişdilər. Ancaq onlar deyən olurdu, İran layla deyirdi, Rusiya sığal çəkirdi, Fransa əl tuturdu". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Zaur İbrahimlinin sözlərinə görə, dünya erməniliyi də əppək göndərirdi, belə sabun köpüyü kimi şişmiş, 300 il əvvəli unutmuş, xəyal dünyası qurmuşdular: "İran Ermənistanı qaçaqmal tranzit məkanı, rus özəlləşdirilmiş forpost,  Fransa bölgədə çoban iti kimi görürdü, buna da nail olmuşdular. Ermənilər isə miatsum xəyalı ilə kor olmuşdular. Azərbaycan bir yumuruqla yuxudan oyatdı, indi yiyə, qucaq, kölgə tapa bilmirlər. 30 ilin fitnə-fəsadı gorbagor olub. İndi növbəti dəfə özlərini aldatsalar, daha böyük sarsıntı keçirəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31