Dövlətimizin dil siyasəti ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır - ÖZƏL
1 Avqust 2023 10:42 Siyasət"Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sadiq Qurbanovun sözlərinə görə, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi: "Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir.Ümummilli Liderin layiqlı davamçısı cənab İlham Əliyev dilimizin inkişaf etdirilməsi və onun hüdudlarının genişləndirilməsi ilə əlaqədar ciddi işləri uğurla davam etdirir. Cənab İlham Əliyev: "Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir."