Hər bir azərbaycanlı əcnəbi dilləri öyrənməklə bərabər, öz ana dilini səlis bilməlidir - ÖZƏL

"Dil xalqın birliyinin, vahidliyinin təcəssümü olmaqla ən böyük milli-mənəvi sərvətlərdən biridir. İnsanlar arasında ünsiyyət vasitəsi olan dil həm də milləti birləşdirən ən böyük faktordur". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Adil Əliyevin sözlərinə görə,  Ulu Öndər Heydər Əliyevin 2001-cil tarixli Fərmanı ilə 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü  elan edilmişdir: "Hər bir azərbaycanlı əcnəbi dilləri öyrənməklə bərabər, öz ana dilini səlis bilməli, bu dildə yazmağı və oxumağı bacarmalı, dilinin mənəvi saflığını qorumalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31