Cənub Qaz Dəhlizi son illərin ən böyük layihələrindəndir - Ceyhun Bayramov

Cənub Qaz Dəhlizi layihəsi son illərin ən böyük layihələri sırasındadır.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.

"Bunun birinci mərhələsi TANAP layihəsi, onun ikinci mərhələsi TAP layihəsidir. TAP layihəsi vasitəsilə artıq Türkiyə üzərindən Avropa ölkələrinə, Yunanıstan, Albaniya, İtaliyaya qaz çatdırılır.

Türkiyə ərazisindən keçməklə Avropaya qaz nəqlinin genişlənməsi üzərində işlər gedir. Yaxın aylarda bunun əməli nəticələrini görəcəyik. 2027-ci ilədək Azərbaycandan Avropaya qaz tədarükünün 2 dəfəyədək artırılması nəzərdə tutulub. Enerji sahəsində əməkdaşlıqdan danışırıqsa, biz Avropa ölkələri ilə neft sahəsində də etibarlı tərəfdaşıq", - deyə C.Bayramov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31