Xankəndinə “humanitar yardım” kampaniyasına Ukrayna səfirinin də dəstək verməsi təəssüf doğurur - ÖZƏL

"Ermənistanın növbəti təxribat xarakterli, Xankəndinə "humanitar yardım" kampaniyasına, dəstək verən ölkələrin arasında Ukrayna da var. Həmçinin Ukrayna səfirinin sərhəddimizə qədər gəlməsi də insanda təəssüf hissi doğurur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, biz xalq olaraq bütün dönəmlərdə əzilənin və haqqı tapdalanın yanında olmuşuq:

"Rusiyanın Ukraynaya qarşı açdığı savaşda da biz Ukrayna dovləti və xalqını müdafiə etdik. Nədənsə bizim kimi haqqı pozulan Ukrayna bizim etdiyimizin tam əksinə separatizmə dəstək verənlərin zaman-zaman yanında durur və suverenliyini bərpa etmək üçün mücadilə verən ölkəyə qarşı tam olaraq açıq şəkildə dəstək verməkdən yayınır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31