SOCAR-ın 5 vitse-prezidenti işdən ÇIXARILDI
28 İyul 2023 18:26 SiyasətAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 5 vitse-prezidenti vəzifəsindən azad edilib.
Olaylar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov, Xalik Rəfi oğlu Məmmədov, Yaşar Aydın oğlu Lətifov və Süleyman Mehrəli oğlu Qasımov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad olunub.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31