Cəmil Həsənli “Milli Şura”nın sədri postuna keçən kimi ritorikasını kökündən dəyişdi - ÖZƏL
28 İyul 2023 13:47 Siyasət"Cəmil Həsənli Milli Məclisin deputatı olduğu dönəmlərdə öz "boss"undan - AXCP sədri Əli Kərimlidən üz döndərib, hazırkı hakimiyyəti dəstəkləyirdi, lakin "Milli Şura"nın sədri postuna keçən kimi ritorikasını da kökündən dəyişdi".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, çünki bu cür adamlar üçün siyasətdə qalıcı, müqəddəs heçnə yoxdur:
"Belələrinin gerçək siyasi liderə çevrilə bilməməsinin bir səbəbi də məhz bundan qaynaqlanır. Əlbəttə, yaxşı iqtisadçı da, qocaman tarixçi də olmaq mümkündür. Lakin bu cəhətlərə malik olmaq hələ o demək deyil ki, sən yaxşı rəhbər, yaxşı təşkilatçı, mükəmməl lider və siyasi ideoloq da ola bilərsən. Təcrübə göstərdi ki, Qubad İbadoğlunun iqtisadi savadı onun özünü uğurlu siyasi lider kimi təsdiqləyə bilməsi üçün yetərli deyil. Adam nə hərəkat rəhbəri kimi, nədəki partiya sədri kimi böyük siyasətdə öz möhürünü vura bilmədi".