Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edildi
28 İyul 2023 12:28 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" və "Tahir Salahov - Xalq rəssamı" abzasları ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31