Avropanı Qarabağın erməni sakinlərinin taleyi maraqlandırmır - ÖZƏL

"Avropanı, bu qitəni özündə birləşdirən Avropa İttifaqını, onun bəzi üzv ölkələrini heç də Qarabağın erməni sakinlərinin taleyi maraqlandırmır. Onları maraqlandıran yalnız Qarabağda yeni bir gərginlik yaratmaq, regionda yeni bir müharibə ocağı alovlandırmaqdır".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" Ictimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Avropanı Qarabağın erməni sakinlərinin taleyi maraqlandırsaydı, o halda Azərbaycanın Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolu ilə humanitar yardımın çatdırılması təşəbbüsünə dəstək verilərdi:
"Əgər Avropanı doğurdanda insan taleyi, sadə erməni əhalinin ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi məsələsi düşündürürsə, o zaman həmin yardımın hansı marşrut üzrə ermənilərə çatdırılmasının nə anlamı var? Nə üçün erməni maraqlarına xidmət edən Avropanın bəzi ölkələri məhz humanitar yük adı altında onlarla maşın karvanının Laçın postundan keçməsinə israr edir? Deməli burada məqsəd heç də Qarabağ ermənilərinin problemlərinə dəstək olmaq deyil. Əsas məqsəd regionda yeni gərginlik yaratmaqdır".
Arzuman Muradlı onu da deyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşı olaraq respublikamızın bütün imkanlıarınan istifadə edə bilər və onlara Azərbaycan dövləti hər cür şəraiti yaratmağa qadirdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31