Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır - ÖZƏL

"Şuşada keçirilən forumda Prezident İlham Əliyev dünyada və regionda baş verən siyasi proseslərlə əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə ölkəmizin konkret mövqeyini də nümayiş etdirib". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynovanın sözlərinə görə, dövlətimizin başçısı, xüsusilə, Ermənistan-Azərbaycan münasibətlərində normallaşma prosesi ilə əlaqədar olaraq, Ermənistanın atmalı olduğu addımları bir daha vurğulayıb: "Prezident Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək müharibədən sonra İrəvanın sülhə doğru məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli olmadığını bildirdi. Sülh sazişi imzalanmadığı təqdirdə, bunun nəticələri, şübhəsiz ki, ağır olacaq. Cənubi Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin iqtisadiyyatına ciddi töhfə verəcək. Aydın məsələdir ki, hazırda sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac olan tərəf Ermənistandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31