Vəhşilikləri ilə ad çıxaran haylar fetişləşdirilir - ÖZƏL
28 İyul 2023 11:03 Siyasət"Ötən əsrin 70-ci illərindən üzü bəri hay terorrçuları 31 türk diplomatını qətlə yetirib. Özlərindən başqa həmən diplomatların 27 ailə üzvü də hay terrorunun qurbanı olublar. Əlbəttə, ötən əsrin 20-ci illərində də haylar Azərbaycan və Türkiyənin mühüm dövlət postları tutmuş bir neçə təmsilçisini qətlə yetirmişdilər. Amma 70-ci illərdə bu, artıq bir növ gizli savaş şəklini almışdı ki, 1983-cü ilin 15 iyulunda Parisin Orli hava limanında baş vermiş növbəti terrorları araşdırılarkən onu törədənlərlə Fransa kəşfiyyatının işbirliyində olduğu üzə çıxdı. Yəni aydın oldu ki, hayların ASALA və JCAG terror qruplaşmaları özbaşına deyil, bəzi yırtıcı dövlətlərin güc strukturlarının qanadı altında fəaliyyət göstərirlər". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu gün həmən ASALA-nın 5 yaramazının Türkiyənin Lissabondakı diplomatik təmsiçiliyinə soxulub müvəqqəti işlər vəkilinin xanımını qətlə yetirmələrindən düz 40 il ötür: " Görünür, bu terroru bağlı olduqları çevrələrlə razılaşdırmadıqlarından o beş yaramaz məhv ediləcəklərini düşünüb diplomatik təmsilçilikdə özlərini də partlatmışdılar. İndi Laçındakı sərhəd-keçid məntəqəsi önündə, eləcə də Qarabağda şou çıxaranların ABŞ, Fransa və Livandakı soydaşları neçə illərdir ki, 27 iyulu "Lissabon 5" adı altında anım törəni olaraq keçirir, o zaman cəhənnəmə gedən terrorçularına mədhiyyə deyirlər. Yəqin bu gün Ermənistanda da onlar üçün göz yaşı axıdanlar tapılacaq. Xatırladaq ki, hərbi xunta hakimiyyətdə olduğu vaxtlardakı kimi indi də orada vəhşilikləri ilə ad çıxaran haylar fetişləşdirilir. Onlar terrorçu ünsürlərini "örnək şəxsiyyət" gözündə gördüklərini heç vaxt gizlətməyiblər, hətta sovetlər dönəmində də həmən yaramazların adlarını əbədiləşdirməyə çalışıblar. Ona görə də kimsə deyə bilməz ki, belə bir mühitdə yeni terrorçular yetişməyəcək, yaxud da yetişdirilməyəcək. Ancaq yetişdirənlər də, yetişənlər də hay terror qruplaşmalarının üzvlərinə qarşı Türkiyənin hansı təsirli addımlar atdığını yada salsalar pis olmaz. Xatırladaq ki, türk diplomatlarının qətllərinə bəzi böyük dövlətlərin belə terror aktlarını sərt bir dillə pisləmələri nəticəsində deyil, məhz həmən addımlardan sonra son qoyuldu".