Rusiyanın önə çıxması üçün Paris Moskvadan daha böyük səy göstərir - ÖZƏL
27 İyul 2023 13:27 Siyasət"Azərbaycan Ermənistanın Fransayla birgə planlaşdırdığı və bunda nə məqsəd güdüldüyü dünən yetərincə üzə çıxan, Rusiyaya da bəlli səbəblərdən məmnunluq bəxş edən "humanitar yardım" şousunu cavabsız qoymamalıdır, məncə, qoymayacaq da". "Olaylar" xəbər verir ki, bunu deyən millt vəkili Sahib Alıyevin sözlərinə görə, hiss olunur ki, cavab yumşaq və sərt tədbirlər görülməklə gerçəkləşdiriləcək, yəni hibrid xarakter daşıyacaq: "Hər halda Hindistandan alınan hərbi texnikanın İran üzərindən(yenə də!) Ermənistana necə ötürüldüyünün çəkilərək yayılması elə-belə deyildi. Mümkündür ki, bunun ardınca Rusiyanın Qarabağdakı hərbi kontingentinin Ermənistan ordusunun oradakı özləri kimi müvəqqəti tör-töküntüsü ilə sıx əməkdaşlılqarını əks etdirən növbət kadrlar da paylaşılsın. Bu isə o deməkdir ki, hərəkətlərindən də göründüyü kimi bizə qarşı düşmənçilik hissləri azalmaq əvəzinə daha da güclənən, revanşizmə can atan qövmə yenidən indi ötən əsrin axırları olmadığını xatırlatmaq lazım gələcələk. Və mümkündür ki, qarşı tərəfin dünənki təxribat şousuna simmetrik cavab da verilsin. Belə görünür ki, Qarabağdakı haylarla haydillilərə, ilk növbədə də sonunculara ərzaq, humanitar xarakterli digər malların Ağdam üzərindən çatdırılacağını deməklə yanaşı onun sərgilənməsinə də ehtiyac var. Sonda bir sual da vermək istərdim. Siz necə düşünürsünüz, Ermənistanın dünənki təxribat şousunun oyunçuları kimi çıxış edən Avropa Birliyinin guya mülki missiyasıyla Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin bizim suverenliyimizə yanaşmaları bir-birindən çoxmu fərqlənir? Bunu ona görə soruşuram ki, Azərbaycanla Ermənistan arasında vasitəçi rolunda çıxış edən, yaxud da özlərini bu cür göstərməyə çalışanlardan kimə üstünlük vermək lazım gədiyini cəmiyyət olaraq da tam yəqinləşdirək. Sizə də elə gəlmirmi ki, bizim üçün vasitəçilərin kimliyi yox, atdıqları addımların maraqlarımıza cavab verib-vermədiyi və qarşı tərəf üzərində təsirlilik dərəcəsi önəmlidir. Açıq deyək ki, bu baxımdan Rusiyanın önə çıxması üçün Paris Moskvadan daha böyük səy göstərir və düzü, mən buna təəssüflənsəm də, heç də təəccüblənmirəm".