Türkiyə və Azərbaycan münasibətləri dostluq və qardaşlıq əlaqələri üzərində qurulub - ÖZƏL

"Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin toxunduğu əsas məsələlərdən biri əlaqələri strateji müttəfiqlik səviyyəsində olan Azərbaycan-Türkiyə münasibətləri olmuşdur". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Rauf Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Türkiyə Prezidenti Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi "Azərbaycan yalnız deyil!" bəyanatı ölkəmiz üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan Azərbaycanla çiyin-çiyinə dayanmışdı. 44 gün ərzində xalqımız həmin o mənəvi dəstəyi qardaş Türkiyədən hiss etdi: "İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalayaraq münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Bu, xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Ölkə başçısı qeyd etdi ki, Bəyannamə qarşımızda yeni üfüqlər açır və əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Həm qlobal məsələlərdə və xüsusilə regionumuzda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31