"Spayka" şirkətinin Azərbaycan ərazilərinə buraxılması ümumiyyətlə müzakirə edilməməlidir - ÖZƏL

"Bu gün Laçın SKM-ə yaxın ərazidə gözləyən "Spayka" şirkətinin maşınları 2020-ci ilin oktrabr ayının 10-da, yəni müharubə zamanı Ermənistana qanunsuz silah daşıdığı üçün Gürcüstan-Ermənistan sərhədində saxlanılmışdı".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, şəkildən də görünür ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb:
"Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanmışdı. Belə olan halda "Spayka" şirkətinin Azərbaycan ərazilərinə buraxılması ümumiyyətlə müzakirə edilməməlidir".  
Ədalət Verdiyevin sözlərinə görə, bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31