Tehran və Dehli regionda gərginliyin artmasında maraqlıdır - ÖZƏL

"Separatçıların aksiya şousu, ardınca Ermənistan tərəfinin Laçın nəzarət-buraxılış məntəqəsi ətrafında gərginlik yaratmaq cəhdlərinin hər biri hayların növbəti dəfə dünya ictimaiyyətini aldatmağa yönəlmiş gedişlərdir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, hadisələrin mərkəzində isə İrəvan və Rusiya ikilisi dayanır:

"Təsadüfi deyil ki, separatçıların aksiyası zamanı Rusiyanın Qarabağdakı adamı Ruben Vardanyanın fəallığı göz önündə idi. Onun Kremldən aldığı göstərişlər əsasında hərəkət etdiyi isə hər kəsə məlumdur. Rusiya və Ermənistanın  rəsmi Brüsselində dəstəklədiyi Ağdam-Xankəndi maşurutuna israrla qarşı çıxması bölgədə yaşayan ermənilərin Azərbaycana mümkün reinteqrasiya prosesinə mane olmaq cəhdi kimi qiymətləndirilməlidir". 
AVP rəsmisi deyib ki, bir müddət öncə NATO-nun Vilnusda keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın sülhməramlı missiyası ilə bağlı səsləndirdiyi fikirlər Moskvada ciddi narahatlıq doğurdu və Kreml admistratsiyası Zaxarovanın dili ilə Ankaraya proseslərdən kənar olduğu mesajını ünvanladı:
"Lakin qardaş Türkiyənin Ağdamda mantorinq mərkəzindəki  iştirakı onu proseslərin iştirakçısına çevirir və Rusiya tərəfinin iddiası reallıqla üst-üstə düşmür. Ermənistan rəhbərliyi bir tərəfdən sülh prosesindən danışır, digər tərəfdən isə silahlanma işlərini davam etdirir. Calibr nəşrinin yayımladığı videogörüntüyə əsasən İran  vasitəsilə Hindistan silahlarının Ermənistana çatdırılması əks olunur və buda ona işarədir ki, Tehran və Dehli ən az İrəvan-Moskva ikilisi qədər regionda gərginliyin artmasında maraqlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31