Bu hiyləgər planla ölkəmizi yeni bir müharibəyə cəlb etmək istəyi var - ÖZƏL

"Ermənistan hakimiyyətinin yük dolu maşınlarının Laçın sərhəd məntəqəsindən hümanitar yardım adı ilə keçə bilməsi bizim 44 günlük qələbəmizin sınma nöqtəsidir. Bu əvvəlcədən hazırlanmış məkrli bir plandır". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib: "Bizim ölkəyə loyal olan güclər bu hiyləgər planla ölkəmizi yeni bir müharibəyə cəlb etmək istəyir. Məhz ona görədir ki, Hindistan İran üzərindən 400 milyonluq silahı Ermənistana çatdıra bilib. Ölkəmiz tutduğu mövqedən çəkilməməli, mənim vətəndaşıma verilən yardımın  mənim qanunlarıma uyğun göndərilməsi  təmin edilməlidir. Nəzarət edən, bizi informasiya müharibəsinə çəkən səfirliklərin ölkələrinə nota verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31