Moskva çalışır ki, ortaq mövqe sərgiləsin - ÖZƏL
27 İyul 2023 11:13 Siyasət"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən görüş əvvəlkilərdən fərqləndi. Moskva görüşünə Azərbaycan əlini gücləndirərək qatılmışdi. Rusiya da artıq reallıqlarla barışmalı oldu. Danışıqlarda Azərbaycanın irəli sürdüyü təkliflər fonunda müzakirələr davam etdi. Rusiya da Azərbaycanın mövqeyini qəbul edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Bildirib ki, bu görüşdə Rusiyanın açıqlamalarına fikir versək, sülh sazişinə yaxın mövqe ortaya qoyur: "Rusiya rəhbərliyi təşəbbüsün əllərindən çıxdığını, manipulyasiyanın öz əleyhlərinə işlədiklərinin fərqindədir. Nə Ermənistan, nə də Azərbaycan Rusiyanın vasitəçiliyində maraqlıdır. Ona görə də Moskva çalışır ki, ortaq mövqe sərgiləsin. Əvvəllər isə, tam əks mövqe ortaya qoyaraq Azərbaycanın tam əksinə gedirdi. Hazırda isə, Azərbaycanın yaratdığı siyasi nizami və danışıqlar gündəliyini qəbul edir. Bu, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik qələbəsidir".