Ermənistanın hiyləgər planı - ÖZƏL
27 İyul 2023 10:45 Siyasət"Errmənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönətləməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Rusiya və İran Qərblə çəkişsələr də bu məsələdə ortaq mövqedən çıxış edir, bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir:
"Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. Bu ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq yükləri Laçın yolundan keçirməyə nail olsalar davamı gələcək. Ona görə də Ağdam istiqamətindən geri addım atmamalıyıq. Kim nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir".