Azərbaycan Ordunu döyüş vəziyyətinə gətirməlidir - ÖZƏL

"Ermənistanın Azərbaycanla razılaşdırmadan humanitar karvan adı altında nəqliyyat vasitələrini Laçın dövlət sərhəd keçid məntəqəsinə göndərməsi öncədən müəyyən dairələr tərəfindən teatrallaşdırılmış siyasi şoudan başqa bir şey deyil".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri "İşgəncələrə Qarşı Araşdırmalar Mərkəzi" hüquq müdafiə təşkilatının sədri, hüquq müdafiəçisi Fikrət Cəfərov səsləndirib. O bildirib ki, bu eyni zamanda da Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir:

"Azərbaycan Ermənistandan kənarda quraşdırılan bu növbəti təxribata soyuqqanlı cavab verməklə yanaşı həm də Ordunu döyüş vəziyyətinə gətirməli və dövlətin dəmir iradəsini bir daha dünyaya nümayiş etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31