Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir - ÖZƏL

Minsk qrupunun fəaliyyətinin

"Qərb, o cümlədən ABŞ tərəfindən Minsk qrupunun fəaliyyətinin bərpası istiqamətində edilən cəhdlər siyasi riyakarlığının təzahürüdür". Bu fikirləri "OLAYLAR"-a politoloq Elvin Babayev səsləndirib. O bildirib ki, Minsk qrupu keçmişdə qalıb və Azərbaycan heç bir halda  onun bərpa edilməsinə imkan verməyəcək. Politoloq təəssüf hissi ilə qeyd edir ki, Qərb Rusiya ilə düşmən münasibətdə olsa da, lakin erməni maraqlarının müdafiəsi məsələsində hər ikisi eyni oyunu oynayır və ortaq mövqe nümayiş etdirir:

"Qərb bütün mövzularda Rusiyaya qarşı kəskin əks mövqe bildirsə də, onu düşmən saysa da, yalnız Qarabağ məsələsində Azərbaycanın maraqlarına qarşı Rusiya ilə sövdələşməyə hazır görünür".

Elvin Babayev deyib ki, Minsk qrupunun fəaliyyətinin bərpası cəhdi Azərbaycan üçün qəbuledilməzdir:

"Ölkəmizə qarşı Qərb və Rusiyanın birləşərək yeni vahid cəbhənin yaratmalarına imkan verməyəcəyik. Bunun üçün 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də bütün Azərbaycan xalqı dövlətin, dövlət başçısının yanında yer almalı, hər kəs yumruğu bir nöqtəyə vurmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31