Minsk qrupunun yenidən bərpası istəyi problemin uzadılmasına hesablanmış addımdır - ÖZƏL
26 İyul 2023 15:34 Siyasət"ATƏT-in Minsk qrupunun yarandığı gündən son 3ilə kimi fəaliyyəti hər kəsin gözləri önündə idi. Yarandığı gündən yüzlərlə səfərlərin, görüşlərin nəticəsi heç olsa da, arada həmsədr ölkələrin nümayəndələri yeyib-içməklə məşğul olmuşdular və indi də onun dadı damaqlarında qalıb.
Yenidən eyni fəaliyyətə başlamaq istəyirlər".
Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə,
Minsk qrupunun yenidən bərpası istəyi problemin uzadılmasına hesablanmış addımdır:
"Əgər tərəflər arasında sülh danışıqları gedirsə və tezliklə nəticə ola bilər kimi bəyanatlar verilirsə, onda hansısa ölmüş bir qrupu, hansıki bu qrupu Amerika dağıtdı, yenidən bərpa etməkdə hansı məntiq vardır?. Əgər bir neçə aya sülh bağlanırsa, təbii ki, buna inanmaq sadəlövlük olar, onda prosesə mane olacaq qurumu niyə bərpa etmək lazımdır. Sülh ölkələrin birində və ya Brüsseldə bağlanar, məsələ də həll edilər. Ən uzağı həmin keçmiş üzv ölkələr sülh müqaviləsinin altında qarantor ölkə kimi imza atarlar vəssalam, əgər niyyətlərində səmimidirlərsə".
Politoloq deyib ki, Minsk qrupu keçmişdə qaldı, Azərbaycan onun bərpa edilməsinə imkan verməyəcək:
"30 illik işğal dövrü geridə qalıb. 44 günlük müharibədən sonra yeni reallıqlar yaranıb. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur".