Erməni maraqlarına xidmət edən təşəbbüs - ÖZƏL

" Azərbaycan tərəfi heç bir halda ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərinə imkan yaratmayacaq və bunun qarşısını alacaq. Çünki Minsk qrupunu bərpa etmək imitasiya xarakteri daşıyan, erməni maraqlarına xidmət edən cəhddir".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, Azərbaycan 44 günlük müharibə ilə sözügedən qurumun fəaliyyətinə son qoyub. Analitik Qrupdan o da bildirilib ki, hər zaman olduğu kimi yenə də Qərb, Birləşmiş Ştatlar siyasi riyakarlığa yol verərək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində ədalətdən, obyektivlikdən uzaq duraraq erməni maraqlarından çıxış edirlər:

"Elə keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətini yenidən bərpa etmək, onu dirçəltmək üçün Qərb və ABŞ tərəfindən ortaya atılan ideya da bunu təsdiq edir".

Qrum hesab edir ki, bu  həm də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı atılan addımıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31