İlham Əliyev: Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib
24 İyul 2023 16:15 SiyasətSon zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib. Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib.
Eyni zamanda, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında təmasların da xüsusi əməkdaşlıq formatı yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib: "Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31