Azərbaycandan Kürdüstana birbaşa aviareys açıla bilər
18 İyul 2023 13:57 SiyasətPrezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə bu gün keçirdiyi təkbətək görüşdə Azərbaycandan həmin bölgəyə birbaşa aviareyslərin açılması müzakirə olunub.
Bundan başqa, görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31