Ancaq boşuna vaxt, enerji və pul xərcləyəcəyik- ÖZƏL
18 İyul 2023 13:16 SiyasətAzərbaycandakı dövlətdə, təhsildə, təlimlərdə bənzər yenilənmə və inkişaf işlərində dəyişiklik əsasən metod və şəkil dəyişikliyi olaraq anlaşılır. Düşünürlər ki, Qərbdəki üsulları və texnologiyanı götürüb Azərbaycanda təlim şəklində verəndə problemlər həll olacaq. Ona görə də ciddi bir uğur əldə edilmir.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. Onun sözlərinə görə, Qərbdəki dəyişiklik öncəliklə fəlsəfi, hüquqi, sosioloji və sistem dəyişikliyidir:
"Bütünlükdə dünya görüşünün yenilənməsidir. Bunu anlamadan və mövcud problemlərlə bu mahiyyət arasında doğru koordinasiya qurmadan edilmək istənən dəyişiklik sadəcə rəng və görüntü dəyişikliyi olur".
Nazim Cəfərsoyun sözlərinə görə, nə qədər xoş məramlı cəhdlər olursa olsun, məsələ sadəcə üsul dəyişikliyi olaraq anlaşıldığı müddətcə ümumilikdə fərdimiz, cəmiyyətimiz və dövlətimiz üçün problemlərinin həllində bir uğurlu nəticəyə varmayacağıq. Ancaq boşuna vaxt, enerji və pul xərcləyəcəyik.