Azərbaycanda dilin qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir- ÖZƏL

"Azərbaycan Respublikasında dilin qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllimi Osman Əhmədzadə səsləndirib. O bildirib ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüldü:
"Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman Azərbaycan dilinin qorunması və inkişafı baxımından göstərdiyi mühüm addım oldu. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib".
O qeyd edib ki, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31