Cavanşir Feyziyev “Şöhrət” ordeni ilə təltif edildi - Sərəncam

Prezident İlham Əliyev C.Ə.Feyziyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Olaylar.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Əyyub oğlu Feyziyev "Şöhrət" ordeni ilə təltif edilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31