Görüşlərdən nəticə ancaq güc və təzyiq yolu ilə alına bilər- ÖZƏL
17 İyul 2023 14:48 Siyasət"Brüsseldə keçirilən altıncı görüşdən gözləntiləri az da olsa, yeni addımların atılmasına ümid baxımından müsbət kimi dəyərləndirmək olar". Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan da bu görüşlərin nəticəsi olacağına inanmır, sadəcə beynəlxalq arenada görüşlərdən imtina edən tərəf görüntüsü yaratmaq istəmir:
"Müxtəlif treklərdə baş tutan görüşlərin tək nəticəsi vardır, bu da həmin treki təşkil edən tərəflərin mövqelərini öyrənirik. Yoxsa, hansısa görüşdən nəticə baxımından əsaslı nəticə alınacağı mümkünsüzdür".
Azər Qasımov deyib ki, nəticə ancaq güc və təzyiq yolu ilə alına bilər:
"Azərbaycan bu görüşlərdən güc yolu ilə problemi həll etmək üçün beynəlxalq zəmin hazırlamaq məqsədi güdür. Onsuz da son nöqtəni Azərbaycan əsgəri qoyacaq".