Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına qarşıdır- ÖZƏL

"Rusiya ciddi cəhdlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının Qərbin təşəbbüsü və iştirakı ilə baş tutmasına qarşıdır. Buna görə də hər dəfə istər Brüssel, istərsə də Vaşinqtonda görüşlər keçirildikdən dərhal sonra Moskvadan təxribat xarakterli addımlar atılır. Elə Rusiya Xarici İşlər Nazirliyinin həftə sonu verdiyi bəyanat da bunun əyani sübutudur". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin məlum açıqlamasında Laçın dəhlizi ilə bağlı yer alan fikir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı təhdiddir və şimal qonşumuzun Xarici Siyasət İdarəsi yalnışlığını qısa zamanda düzəltməlidir: "Bu cür mövqe, yanaşma ilə Rusiya Azərbaycan və Ermənistan arasında danışıqlarda obyektiv mövqe sərgiləyə bilməz. Onsuz da Moskva hər zaman Azərbaycana qarşı qeyri-obyektiv mövqe sərgiləyib".
Arzuman Muradlı qeyd edib ki, Rusiya XIN-də müxtəlif vəzifələri tutan ermənilər, eləcə də Ermənistana xüsusi sevgisi olan dairələr müntəzəm olaraq sözügedən qurumun Azərbaycana qarşı bu cür qeyri-obyektiv mövqe ortaya qoymasına nail olurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31