Neftçalada Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəlişi geniş formatda qeyd olunub
15 İyul 2023 10:38 SiyasətGörüşlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
"OLAYLAR" xəbər verir ki, görüş iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və Ulu Öndər Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Dəyirmi masalarda keçirilən görüşlər zamanı XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə Ulu Öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfərin əldə olunmasında aparıcı mövqeyə malik olması haqqında görüş iştirakçılarını məlumatlandırıblar.
