Separatçıların Xankəndi mitinqinin arxasında Rusiya izi - ÖZƏL

"Separatçıların Xankəndində keçirdikləri mitinqin arxasında Rusiya barmağı var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk etməsinin vacibliyini vurğulamasının ardından keçirilən mitinq əslində Kremlin Ankaraya cavabıdır".

Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Moskva hər zaman separatçılardan bir alət kimi istifadə edib:

"Rusiyanın diktəsi ilə keçirilən mitinq həm də Vaşinqton və Brüsselin təşəbbüsü ilə baş tutan danışıqlar prosesinə mane olmaq məqsədi daşıyır. Bir sözlə Rusiya regionda sülh və sabitliyin əldə edilməməsi üçün əlindən gələni əsirgəmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31