Bütün taksilərə taksometr quraşdırılacaq
14 İyul 2023 13:51 Siyasət
Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq. Olaylar xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31