Dərman vasitələrinin dövlət reyestrinin aparılması qaydaları təsdiqlənib
14 İyul 2023 13:59 Siyasət
Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin aparılması ilə bağlı layihə III oxunuşda qəbul edilib. Olaylar xəbər verir ki, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra - dövlət reyestri) həyata keçiriləcək.
Qeyd edək ki, dövlət reyestri - bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.
Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31