Son 6 ayda qarşıya qoyulan məqsədlərə nail olunub - ÖZƏL
14 İyul 2023 13:21 Siyasət"Davamlı və sürətli inkişaf edən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə yüksəlməkdədir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Yeni Azərbaycan Partiyasının üzvü Anar Məımmədov deyib ki, həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini göstərir:
"Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə açıqlanan rəqəmlər də təsdiqləyir". Hakim partiya təmsilçisinin sözlərinə görə, rəqəmlərə diqqət yetirdikdə görürük ki, son altı ayda qarşıya qoyulan məqsədlərə nail olunub: "Belə ki, əvvəlki illərdə olduğu kimi, ölkəmizdə davamlı inkişaf təmin edilib, qeyri-neft sektoru yüksəlib, Qarabağda və Şərqi Zəngəzurda misli görünməmiş yenidənqurma və quruculuq işlərinə başlanılıb. Ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin olunmasının nəticəsi kimi qiymətləndirilə bilər".