Separatçıların mitinqi Brüssel görüşünə mane olmağa hesablanıb - ÖZƏL

"Separatçıların Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində Xankəndində mitinq keçirməsi təsadüfi deyil. Aksiyada qarşıya qoyulan əsas məqsədlərdən biri də məhz Brüssel görüşünə mane olmaqdır".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, separatçılar görüş ərəfəsində süni gərginlik yaratmaq, 90-cı illərin ab-havasına uyğun olaraq aksiya keçirib Azərbaycanı təhdid edən fikirlər səsdirməklə Brüssel görüşünü əngəllmək istəyirlər. Çünki hər belə bir görüşdə xırda da olsa müəyyən məsələdə ümumi fikir oxşarlığı baş tutur. Tərəflər arasındakı uzlaşma isə öz növbəsində Qarabağdakı separatçıların işinə yaramır".
Arzuman Muradlı deyib ki, əslində bununla separatçılar acı sonlarını daha da yaxınlaşdırmış olurlar:
"Halbuki Azərbaycanın təkliflərini nəzərə alıb rəsmi Bakı ilə təmaslara keçsələr onlar üçün daha faydalı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31