Azərbaycanla birlikdə təhlükəsizlik naminə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik - Yoav Qallant
13 İyul 2023 22:25 SiyasətAzərbaycanla birlikdə təhlükəsizlik naminə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant tviter səhifəsində paylaşım edib.
"Prezident, müdafiə naziri və sərhəd xidmətinin rəisi ilə görüşlərimdə biz ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusən də təhlükəsizlik sahəsində əlaqələrin möhkəmləndirilməsinə dair ümumi istəyimizi müzakirə etdik. Biz birlikdə ölkələrimizin təhlükəsizliyi və regional sabitlik naminə əməkdaşlığımızı və isti münasibətlərimiz gücləndirməyə davam edəcəyik", - deyə Yoav Qallant bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31