Büdcədə edilmiş dəyişikliklər hərbi qüdrətin möhkəmləndirilməsinə imkan yaradacaq - ÖZƏL

"Büdcədə edilmiş dəyişikliklər Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda bərpa işlərinin intensivləşdirilməsinə, ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsinə imkan yaradacaq. Dövlətimiz üçün hər iki istiqamət prioritetdir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Arzu Qocayev səsləndirib. O bildirib ki, Azərbaycan hökuməti bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızdan didərgin düşmüş insanlarımızın tez bir zamanda ata-baba yurdlarına qayıtması üçün bütün səyləri bir araya gətirmək əzmindədir: "Bu ilin sonuna qədər investisiya proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə bərpa işlərinə 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu, bir neçə illər öncə Azərbaycanın dövlət büdcəsinin xərclərinə bərabər səviyyədə olan xərclər deməkdir. İqtisadi və maliyyə qüdrəti yetərincə artmış dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq imkanlarına sahibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31