Daha danışmaq yox, ciddi addım atmaq lazımdır - ÖZƏL
13 İyul 2023 10:46 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyan artıq bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Əlbəttə, bu, asan başa gəlməyib. Məhz rəsmi Bakının hərbi - siyasi səyləri nəticəsində Ermənistan reallığı anlamalı olub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Kənan Novruzov səsləndirib. O bildirib ki, rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması heç də bu dövlətin humanistliyi kimi başa düşülməməlidir:
"Unutmaq olmaz ki, Paşinyan hakimiyyətinin ilk illərində "Qarabağ Ermənistandır, nöqtə" kimi sərsəm bəyanat səsləndirmişdi. Ötən illər ərzində Paşinyanın bu ritorikasının dəyişməsinin əsas səbəbi məhz Azərbaycanın sərrast addımları olub".
Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, Ermənistan rəsmiləri, o cümlədən Paşinyan getdikcə daha loyal açıqlamalar verirlər. Hərçənd hələ də həllini tapmamış məsələlər var: "Bəyanatlar artıq əməli addımlarla, konkret sənədlərlə təsdiqlənməlidir. Daha danışmaq yox, ciddi addım atmaq lazımdır. Vaxt yetişib. İnanmaq olar ki, Azərbaycan uğurlu xarici siyasəti nəticəsində buna da nail olacaq".