Naxçıvanda yeni nazir müavini TƏYİNATI

Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinə yeni müavin təyin olunub.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Ali Məclisin sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifəyə Ramin Ramiz oğlu Məmmədov gətirilib.

Digər sərəncamla Hikmət Kərimov nazir müavini vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31