Hədəf Qarabağ və Şərqi Zəngəzuru bərpa etməklə dünyanın güclü dövlətlərinə birinə çevrilməkdir

 

"Bu gün cənab Prezidentin rəhbərliyi altında  Qarabağın, Şərqi Zəngəzurun bərpası istiqamətində inanılmaz  səviyyədə sürətli işlər gedir. Bunun bariz nümunəsi Laçındır. Laçın şəhərində Azərbaycan bayrağının dalğalandığı gündən 8 ay sonra  insanlar öz ata yurdlarına döndü.  Bu bəşər tarixində görülməmiş haldır ki, müharibədə tamamilə məhv edilən şəhər qısa bir zamanda ən müasir  tələblərə cavab verən şəraitdə bərpa edilə və insanlar ora qayıda. Bu ancaq azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində mümkün olub".
Bunu "Olaylar"a açıqlamasında deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasəti nəticəsində 30 ildən sonra işğaldan azad olan Laçın yeni bir intibah və inkişaf mərhələsinə qədəm qoyub: "Bu gün  Laçında Azərbaycanda ilk dəfə olaraq müasir şəhərsalma və inkişaf konsepsiyalarının bütün yeni elementləri tətbiq edilməkdədir. Laçın şəhərində Azərbaycan bayrağının dalğalandığı gündən keçən 8 ay ərzində 700-dən artıq  bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli binadır.  Artıq Laçın əhalisinin köçü başlayıb. Yaxın iki ərzində Laçına 10 min insanın  yerləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Laçın şəhərinin bərpasının davam etməsi ilə yanaşı,  Zabux, Sus Güləbird və Qorçunun da yenidən  bərpa isitiqamətində sürətli işlər gedir. Bundan başqa  geri dönəcək insanların işlməməsi üçün  iş yerlərinin açılması istiqamətində də müxtəlif proqramlar həyata keçirilməkdədir.  Ümumiyyətlə burada həm yaşamaq, həm işləmək üçün bütün şərait yaradılır.Ən qısa zamanda Laçın  dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək və mən buna əminəm.
Bütün bunlar ancaq və ancaq  cənab Prezidentin yürütdüyü siaysət nəticəsində mümkün olub. Onun birbaşa  nəzarəti nəticəsində Qarabağ və Şərqi Zəngəzur  yenidən bərpa olunub, dünyanın cəlbedici bölgələrinə çevrilməkdədir. 
Dünyadakı çətin maliyyə çətinliklərinə baxmayaarq Azərbaycan işğaldan azad edilən bölgələrinin yenidən quurlmasını  xarici donorların dəstəyi olmadan təkbaşına edir.  Bu ancaq vaxtı ilə Ulu öndər Heydər Əliyevin Azərbaycanın uğurlu gələcək inkişaf strategiyası və onun  siaysi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün olub.
İyulun 11-də cənab Prezidentin sədrliyi ilə ilin ilk altı ayının yekunlaır ilə bağlı  keçirilən müşavirədə də biz bunun bariz şahidi oluq. Cənab Prezident bəyan etdi ki, yürüdülən siyasətin əsas prioriteti Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.   Bu məqsədlə  cari ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurun yenidən bərpasına 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur.  Nəzərdə tutulan prosqramların icrası nəticəsində ilin sonuna qədər Laçın şəhəri ilə yanaşı,  Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramına uyğun olaraq  ilin sonunadək daha digər  biri şəhər olmaqla 5 yaşayış məntəqəsində məcburi köçkünlər  öz ata yurdlarında məskunlaşacaq. Bütövlükdə isə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Cənab Prezident  özü indiyədək 8 şəhər, 22 qəsəbə və kənd olmaqla 30 yaşayış məntəqəsinin  təməlinin qoyulmasında iştirak edib. Məqsəd ən qısa zamanda Böyük Qayıdışla bağlı proqramın icrasına, həmçinin Azərbaycanı dünyanın daha güclü və qüdrətli dövlətlərindən birinə çevrilməsinə  nail olmaqdır. Biz cənab Prezident və onun bu işlərdən ən yaxın silahdaşı olan Birinci vitse-prezidentin birgə yürütdüyü siyasəti nəticəsində yaxın illərdə şahidi olcağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31